ÇÖKƏKLİK KARSTI

tropik karstın bir növü, qrunt suları dərində yerləşən ərazilərdə çatlı əhəng daşlarında inkişaf edir və bir-birinə yaxın yerləşmiş dik yamaclı dərin çökəkliklərin çox olması ilə səciyyələnir. Qonşu çökəkliklərin kəsişən yamacları, korroziya ilə yeyilmiş iti dişli tirələr əmələ gətirir. Kubada, Yamaykada yayılmışdır. котловинный карст basin karst
ÇÖKƏKLİK
ÇÖKMƏ KALDERASI
OBASTAN VİKİ
Çökəklik karstı
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.